XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 15:25

Yanan maşın bazarı bağlandı –Sahibkarlara kompensasiya da verilməyəcək

masin-bazari

"Maşın bazarında mağazaları yanan sahibkarlara təzminat ödənilməyəcək".

Bazarda olan mağazalar sığortalanmayıb.

Burada mağazası olan Niyaməddin Hacıyev sayta açıqlamasında bildirib ki, ona yanğın zamanı 200 min manat ziyan dəyib.

Buradakı satıcılar hadisə ilə bağlı bazar əməkdaşlarından şikayətlənirlər: “Texniki təhlükəsizlik qaydaları pozulurdu. 45-50 mağaza yanıb. Texniki qaydalara riayət olunmadığına görə buranı heç sığortalamayıblar”.

Zərərçəkənlər onlara kompensasiya ödənilməsini tələb edirlər.

Ərazidə mağazalara dəyən ziyanın miqdarının dəqiqləşdirilməsi istiqamətində işlər aparılır.

Hazırda bazarın girişində Xətai Rayon Polis İdarəsinin əməkdaşları post qurublar, əraziyə heç kim buraxılmır. (anspress)