XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2015 - 03:42

Dəhşətli statistika: hər gün 600 nəfər uyuşdurucudan ölür

Birləşmiş Millətlər Təşkilatının Ofis direktoru Yuri Fedetov dünya miqyasında hər gün 600 adamın uyuşdurucudan istifadə etmə səbəbindən dünyasını dəyişdiyini deyib.

Strateq.az xarici mediaya istinadən bildirir ki, Yuri Fedetov 2015-ci il üzrə uyuşdurucu ilə bağlı açıqladığı hesabatda dünyanı bu mövzuya daha diqqətli olmağa səsləyib.

Fedetov beynəlxalq səviyyədə aparılan uyuşdurucu ticarətinin qarşısının alınmasına işarə edərək, “Həddən artıq doza və uyuşdurucu istifadə etməsi səbəbindən hər gün dünyada 600 nəfər insan öz həyatını itirir. Bu mövzuda ortada olan göstəricilər xalqların gələcəyi üçün qorxunc sonuclar meydana gətirə bilər”, – deyib.

O, sonda uyuşdurucuya qarşı dünya xalqlarını birlikdə hərəkət etməyə çağırıb.