XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2015 - 13:26

Quran oxuyanın 130 il əvvəl fonoqrafla yazılmış səs yazısı tapılıb

quran.jpg

Müqəddəs Qurani-Kərim qarisinin 130 il bundan əvvələ aid olan qədim səs yazısı tapılıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, müqəddəs Kəbədə ayələri oxuyan naməlum qarinin səsi fonoqrafla 1885-ci ildə yazılıb. Audioyazı həmin il Niderland hökumətinin təqaüdü ilə Məkkəyə gələn islamşünas Kristian Snuk Qürxonya tərəfindən qeydə alınıb.

İslam dinini qəbul etməsi ehtimalı olunan şərqşünasın Əbdül Qaffar adı ilə də tanınması istisna edilmir. Beş ay müqəddəs şəhərdə qaldığı bildirilən alim burada bir sıra çəkilişlər edib, müxtəlif audioyazıların qeydiyyatını aparıb.

Xatırladaq ki, 1877-ci il noyabrın 21-də Tomas Edison tərəfindən yaradılmış ilk fonoqraf cihazı səs yazısı aparatıdır. Aparat səsi yazarkən fırlanan barabanın üzərindəki silindrik formalı spiral da açılır ki, bu da nəzərdə tutulan səs yazılarını asanlıqla qeydiyyata ala bilir.