XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 13:50

Bərdədə məişət zorakılığı və erkən nikahların azaldılması yolları müzakirə olunub

 

SAW-tedbir-16

“Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Azərbaycan Respublikasnının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi  ilə həayata keçirilən “Məişət zorakılığı və erkən nikahların aradan qaldırılması üçün fəaliyyətlərin gücləndirilməsi”  layıhəsinin icrasına başlayıb.  

Layihənin məqsədi məişət zorakılkığı və erkən nikahların azaldılması istiqamətində bu problemlərlə məşgul olan bütün maraqlı tərəflərin, dövlət orqanları, QHT-lərin səylərinin birləşdirilməsi və fəaliyyətlərin genişləndirilməsi  üçün birgə əməkdaşlığı gücləndirilməkdir

Layihə çərçivəsində 25 iyun  2016 ci il tarixdə Bərdə rayonunda Zərifə Əliyeva adına orta məktəbdə 35 ictimai fəal xanımın iştirakı ilə dəyirmi masa keçirilib.  Tədbirin keçirilməsində məqsəd qadınları məişət zorkılıgı və erkən nikahdan qorunma yolları və qanunvericiliklə tanış etmək, məişət zorakılıgı və erkən nikahdan erkən nikah qurbanlarına yanaşma tərzini dəyişməkdir.

Dəyirmi masa  iştirakçılarınin seçimi onların yaşadıqları yerin sakinləri ilə daha çox ünsiyyətdə olmaları əsas götrülür. İştirakçıların Dəyirmi masada topladıqları informasiyanı icma üzvləri ilə paylaşmaları nəzərdə tutulur.

“Qadınlar Arasında Həmrəylik” İB-nin  sədri Ruhəngiz Hüseynova  tərəfindən  layihənin məqsədi, vəzifələri haqqında iştirakçılara  məlumat verib.  Layihənin eksperti Könül Quliyeva məişət zorakılığı, zorakılığın növləri, erkən nikah və onun fəsadları, məişət zorakılığı ilə bağlı qanunverilicik haqqında və qanunverilicikdə nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.

Muzakirələrdən sonara tədbir  iştirakçıları tərəfindən ailə zorakılıqlarının aradan qaldırılması ilə bağlı müəyyən təkliflər verildi. Bu təkliflər qeydə alındı və layinin yekununda dogər tövsiyyələrlə bağlı müvafiq dövlət qurumlarına təqdim olunacaq.

Strateq.az