XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2015 - 05:48

Niyə və necə salamlaşırıq? – Maraqlı

Bu əhvalatı mənə bir tanışım – keçmiş deputat danışıb. Nə zamansa seçkiqabağı proqrama görə ölkəni çox gəzirmiş. Deməli, kənd qəhvəxanalarına girərkən özünü təqdim edir və partiyasının ideyasını təbliğ edirmiş.

Kəndlərdən birindəki çıxışdan sonra yerli qoca sakinlərdən biri ona yaxınlaşır: “Səndən xoşum gəldi. Allah eləsin ki, udasan. Amma sənə, bax, bir söz deyim. Sən əli düzgün sıxmırsan. Bunu ölüvay etmə. Əl tutursansa, kişi kimi tut: möhkəm tut və silkələ”.

Kommunikasiya və əltutma

Qoca kəndli kommunikasiyanın çox gözəl bir prinsipinə diqqət yetirib. Fiziki təmasın çox böyk önəmi var. Bizə əl uzadan insan kommunikasiyanın başlanmasına doğru addm atır. Təkcə bədənin dilinə görə son dərəcə zəngin bir rəsm çızmaq mümkündür. Məsələn, insan əl uzadakən onun duruşu necə idi? O, sayğı və sevgi ilə əyildimi? Yoxsa oxlov udmuş kimi dimdik durmuşdu? Onun gözləri nə deyirdi? üzündəki 43 əzələ hansı duyğusal vəziyyəti ifadə edirdi: acıq, qüssə, qorxu, təəccüb, ikrah, həqarət, sevinc?

O, əltutma ilə nə demək istəyirdi? Necə əl tutdu? İnamla, möhkəm? Yoxsa qorxa-qorxa? Sanki “barmağının ucu il toxunub geri çəkildi?” Bu əlsıxma sizə deyirdimi ki, “mən sənin dostunam, dostluğum əlim kimi hərarətlidir?” Yaxud da üzə düşdüyünə görə əlinizi sıxdı?

Əl sıxmağın fizioloji ölçüləri

Biz əlsıxma ilə qarşıdakına çoxlu siqnallar göndəririk. Lakin bu məsələnin təkcə emosional deyil, həm də fizioloji yönü var.

Kanadanın Makmaster universitetindən doktor Derri Leonq və komandasının apardığı araşdırmaların nəticələrinə görə müəyyən olunub ki, əlsıxma bioloji yaşı və insanın sağlamlıq vəziyyətini təyin etməyə imkan verir. Məsələn, əlsıxma zamanı orqanizm anlamağa imkan verir ki, onun ömründən nə qədər qalıb.

Sınaq 17 ölkədən olan 35 yaşdan 70-ədək 142 861 könüllünün üzərində keçirilib. Bunlar varlı (İsveç, kanada, BƏƏ), yoxsul (Hindistan, Pakistan, Banqladeş, Zimbabve) və orta dolanışıqlı ölkələrədən idilər. Sınaq iştirakçılarının biləklərinin sıxma gücü dinamometrlə ölçülüb. Müşahidələr dörd il çəkib. Bu müddətdə onlardan kimin və niyə öldüyünü müəyyən etmək mümkün olub. Aydınlaşıb ki, hər bi ölkədə əlsıxamanın öz xüsusiyyətləri var. Məsələn, təmsil olunan 17 ölkə içində isveçlər əli hamıdan möhkəm sıxırlar. Ən zəif əlsıxma pakistanlılardadır.

Lakin bir məsələ qanunauyğundur: insanın əlsıxmada sərf etdiyi güc ən yaxın zamanda onu gözləyən sağlamlıq və yaxud ölümün göstəricisidir.

Salamlaşma zamanı tətbiq edilən orta güc 300 nyutondur. (Bu qüvvə 30,6 kq ağırlığı olan əşyanı yerin cazibəsindən saxlamağa yetərlidir).

Orta hesabla 50 nyutonluq hər bir zəifləmə ölüm riskini 16% və ürək-damar xəstəliyindən ölüm təhlüköəsini 17% artırır. Bundan başqa, 50 nyutonun itirlməsi ürək tutması ehtimalını 7%, iflic ehtimalını 9% artırır.

Nəticə

Əlsıxma zamanı qarşımızdakına göndərdiyimiz siqnallardan hamı xəbərdardır: hisslərimizi fiziki təmasa keçirdirik. Lakin aydın olur ki, əlsıxma zamanı bizim orqanizmimiz də “ölüm, ya qalım?” sualına cavab verir.

Maraqlıdır, bəs bu gün koalisiya hökuməti qurmağa görə gərgin iş aparan siyasətçilərimiz əlini sıxdıqları siyasi partiyalarla onların siyasi həyatı arasındakı əlaqənin mövcudluğunu hiss edirlərmi?

Və sonda burada demək istədiyim bir məsələ haqda. Yuxarıda xatırlanan deputatlığa namizəd qoca kəndlinin sözünə əməl etdi. Seçicilərin əlini möhkəm sıxdı və seçkiöncəsi ruh yüksəkliyi ilə möhkəm-möhkəm silkələdi. Həm də beləcə gündə yüz dəfə. O, seçkiləri uddu, lakin əli və çiyni sonra hələ uzun müddət xamlamadan açılmadı.

Uğur Tandoğan

“Dünya” (Türkiyə), 28.06.2015