XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2016 - 16:14

İran Göyçə gölündən Urmiya gölünə su aparmaq istəyir:Yerevanla danışıqlar gedir

OLYMPUS DIGITAL CAMERA

İran Ermənistana qurumaqda olan Urmiya gölünü doldurmaq üçün Göyçə(Sevan) gölündən ora su çəkməyi təklif edib.

Strateq.az bildirir ki, bu barədə Ermənistanın su ehtiyatları Komitəsinin sədri Aram Arutunyan bildirib.  Onun sözlərinə görə, İran bir neçə dəfə bu barədə Ermənistana müraciət edib: “Onlar Sevan gölündən və digər mənbələrdən suyu Urmiya gölünə daşımaq istəyirlər. Biz siyasi baxımdan buna razılıq vermədik. İranın belə marağı var, amma bunun nə zaman reallaşdırılacağını deyə bilmərəm”, – deyə Komitə sədri bildirib.

Arutunyan deyib ki, “hazırda bununla bağlı hər hansı layihə yoxdur, Məsələni oturub yaxşıca müzakirə etmək lazımdır”.

Qeyd edək ki, Sevan (Göyçə)  gölündən suyun Urmiya gölünə daşınması ilə bağlı İran bir neçə dəfə Ermənistana müraciət edib. Tərəflər Urmiya gölündə suyun kritik səviyyədə enməsi zamanı Ermənistandan ora su vurulması barədə razılıq əldə ediblər. Bundan əvvəl İran Araz çayından su götürmək istəyib. Lakin Azərbaycan buna etiraz edib. İran hesab edir ki, Urmiya gölünün quruması “milli ekoloji faciə” olacaq.