XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

12 Mart 2015 - 10:14

Mikayıl Cabbarov qərar verdi, yaz tətilində dəyişiklik oldu
Azərbaycanda məktəblilərin yaz tətili günlərində dəyişiklik edilib.
Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə məktəblilərin yaz tətili günləri 17-24 mart tarixlərində təsbit olunub.
Bununla belə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 21-22 mart tarixlərinin istirahət günlərinə düşməsi ilə əlaqədar, bu il 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində dərslər martın 29-da başlayacaq.
6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə dərslərə martın 26-da start veriləcək. Bununla yanaşı, Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 27-si və 29-nun yeri dəyişdirildiyinə görə, həmin məktəblərdə martın 27-si qeyri-iş, 28 və 29-u isə iş günü hesab olunur.
APA