XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 09:53

“Lider-Cola” zavodunda partlayışolub

cola

Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində güclü partlayış olub.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, partlayış iyulun 5-də gecə saat 03 radələrində qəsəbə ərazisində fəaliyyət göstərən "Lider Cola" şirkətinin istehsal fabrikində baş verib.

Partlayış nəticəsində müəssisənin yaxınlığındakı bir neçə mənzil və ticarət obyektinə ziyan dəyib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə müəssisənin sexində sərinləşdirici içkilərə vurulan karbon qazının toplandığı çənin birinin partlaması nəticəsində baş verib. Partlayış nəticəsində yanğın hadisəsi olmayıb və xəsarət alan yoxdur.

Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.