XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 14:06

İpoteka krediti götürən yoxdur –İpoteka Fondu

ipoteka

İyulun 1-ə olan vəziyyətə görə Azəbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları  vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib.

Belə göstəricilər iyunun əvvəlinə də olub, yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb, mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib. (Turan) 

Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln 273,98 min manatlıq 2 min 146 kredit verilib.

Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4% 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamadır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır.