XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 14:43

İcbari sığorta ilə bağlı pilot layihə hazırlanır:Bir rayon və 1 şəhər seçiləcək

icbari siqorta

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır.

Bu barədə Agentlikdən Strateq.az-a verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, eyni zamanda, icbari tibbi sığortanın pilot qaydada tətbiqi ilə bağlı rayonların seçilməsi ilə bağlı araşdırmalar davam edir.

Pilot layihənin 1 rayon və 1 şəhər tipli ərazidə həyata keçirilməsi nəzərdə tutulur. Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə icbari tibbi sığortanın tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.