XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 19:10

Zaqatala Dövlət Qoruğunda əkilmişnəşə sahəsi tapıldı

narko polis

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Balakən Rayon Polis Şöbəsinin əməkdaşları əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədilə iyulun 5-də Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti əməliyyat axtarış tədbirləri keçirib.

 ETSN-in mətbuat xidməti bildirib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-ci il üçün “İş Planı” çərçivəsində birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib.

 Eyni zamanda sözügedən ərazidə 3 polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş 2 sığınacaq müəyyən olunub.

 Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.