XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 11:17

Mübariz Qurbanlı:"Sevindirici haldır ki, Ramazan bayramı hər il böyük təntənə ilə qeyd olunur"

"Sevindirici haldır ki, Ramazan bayramı prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınan, günü-gündən inkişaf edən ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur".

Trend-in məlumatına görə, bunu Dini Qurumlşarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan xalqına ünvanladığı təbrikdə bildirib.

Təbrikdə bildirilir: “Əziz dostlar! Sizi mərhəmət, xeyirxahlıq, birlik və bərabərliyi tərənnüm edən mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Ramazan ayı mənəvi paklığın, qardaşlığın, sülh və əmin-amanlığın rəmzidir. Qoy bu müqəddəs ayda edilən saf dualar Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan öz mərhəmətini xalqımızın üzərindən əskik etməsin".