XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2016 - 12:32

Ötən il işlə təmin edilən müəllimlərinsayı açıqlandı

Ötən ildə müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub. Bu barədə Təhsil Nazirliyinin 2015-ci ildə görülmüş işlərə dair yekun illik hesabatında qeyd edilib.

Belə ki, bununla vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb.

Bundan başqa, bildirilir ki, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi müəllim peşəsinə marağın artmasına bilavasitə təsir edib.  Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olub. Kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 30 faiz artması deməkdir.

Eyni zamanda kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər hazırlanaraq Hökumətə təqdim edilib(lent.az).