XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 08:51

Ölkədə ulduz alan cəmi 106 mehmanxanavar -Nazirlik

otel-istirahet

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Nazirlikdən bildirilib ki, cari ilin iyun ayı ərzində Bakı şəhərində yerləşən dörd ulduzlu “Karvan Palace”, “SunRise Hotel” və üç ulduzlu “Şah Hotel”, “Nizami Street Hotel”, “East Legend Panorama”, “Şəms” mehmanxanalarına AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib.

Qeyd edirik ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb.