XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

07 İyul 2016 - 10:17

FHN əməkdaşları gecə üzüyü barmaqdan kəsiblər,4 nəfəri isə liftdən çıxarıblar

fhn-1.jpg

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 40 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün içərisində 1 ədəd su nasosu və ətrafında quru ot 5 kv.m sahədə yanıb.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1 azyaşlı uşağın barmağında üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının barmağındakı üzüyü kəsərək çıxarmışlar. Əməliyyat saat 23:26-da başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daha bir yardım xahişi Bakı şəhəri, Nərimanov rayonundan gəlib.  4 nəfərin liftdə köməksiz vəziyyətdə qalıb. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıbar. . Əməliyyat saat 03:12-də başa çatıb.