XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 12:16

Məşhur meyxana ustası axtarışa verilib – FOTO

vahid qedim.jpg

Tanınmış meyxanaçı Vahid Qədim (Səfərov Vahid Ağabala oğlu) axtarışdadır.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin saytında bu barədə qeyd olunub. (ölkə.az)

Strateq.az bildirir ki, 178-ci Dələduzluq maddəsidir. 178.3.2 maddəsinə görə, cinayət külli miqdarda ziyan vurmaqla törədildikdə Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xatırladaq ki. məşhur meyxanaçı 1973-cü ildə Bakıda anadan olub. O, müasir Azərbaycan meyxanasının tanınmış simalarından hesab olunur.