Quba rayonu, Xaruşa kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus qoşqunun yanar konstruksiyaları və qoşquya yığılmış 50 ton ot bağlamasının 30 tonu yanıb.
FHN mətbut xidmətinin məlumatına görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.