Prof.Dr. Qüdrət İsaqov
Sovet Sosialist Respublikaları İttifaqı dağılana qədər Azərbaycan Asiya qitəsinə daxil idi. 1991-ci ildə SSRİ dağılandan sonra müstəqil olan Azərbaycan Avropa qitəsinə daxil edilib.
Cəmi 24 ildi Avropa qitəsində “yaşayırıq”. Vur-tut, 24 ildi ki, avropalıyıq.
Cəmi 24 il avropalı olmağımıza baxmayaraq, Bakıda Avropa tarixində ilk dəfə Bakı-2015 Avropa oyunlarını keçirdik.
Bakı-2015 Avropa oyunları Azərbaycan tarixində ən möhtəşəm regional hadisə oldu! Bakı-2015 Avropa oyunları Avropa tarixində də ən möhtəşəm regional hadisə oldu!
Bakı-2015 Avropa oyunları təsdiq etdi ki, Azərbaycan Xəzər və Qara dəniz regionununun lider dövlətidir.
Bakı-2015 təsdiq etdi ki, Azərbaycan Avropanın lider dövlətlərindən biridir!
Avropa dünyanın iqtisadi, mədəni və elmi cəhətdən lider regionu olduğundan, Bakı-2015 Avropa oyunları həm də qlobal əhəmiyyətli möhtəşəm bir hadisə oldu.
Azərbaycan tarixində, Avropa tarixində 1-ci Avropa oyunlarını keçirən, Prezident İlham Əliyev və Bakı-2015-Avropa oyunlarının təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva oldu!
Arzu edirəm, Bakı-2015 1-ci Avropa oyunlarındakı qələbələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda qələbələrimizin vəsiləsi olsun!
Arzu edirəm, Bakı-2015 1-ci Avropa oyunlarındakı qələbələrimiz Avropa dövlətləri ilə əlaqə və münasibətlərimizin yüksək pilləyə qaldırılmasına vəsilə olsun!
Arzu edirəm, Bakı-2015 1-ci Avropa oyunlarındakı qələbələrimiz həqiqi milli birliyimizin əsaslarının yaranmasında və möhkəmlənməsində mühüm rol oynasın!
Arzu edirəm Bakı-2015 1-ci Avropa oyunlarındakı qələbələrimiz iqtisadiyyatımızın daha sürətli inkişaf etməsinə vəsilə olsun!
Arzu edirəm, Bakı-2015 1-ci Avropa oyunlarındakı qələbələrimiz Azərbaycanın insan rifahinın yüksək olduğu ölkələrin sırasına yüksəlməsində mühüm rol oynasın!
İdman yarış, barış, sülh və inkişaf deməkdir!
İlham Əliyev və Mehriban Əliyeva Bakı-2015 1-ci Avropa oyunlarını yarış, barış, sülh və inkişaf naminə keçirdilər!
Arzu edirəm, Azərbaycan dünya ölkələri ilə əbədi yarış, barış və sülh şəraitində yaşasın, inkişaf etsin!
Arzu edirəm, məmurlarımızın hamısı Bakı-2015 Avropa oyunlarını təkcə möhtəşəm bir idman hadisəsi kimi yox, Avropaya və dünyaya açılmış yeni bir inteqrasiya şansı, məqamı və mərhələnin başlanğıcı kimi dəyərləndirsinlər!
Bu şansı, məqamı və mərhələni əldən buraxmayaq! Bu şansın, bu məqamın və bu mərhələnin uğurla davam etdirilməsi sizə, bizə və bütün Azərbaycana hava və su kimi lazımdır!