XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 12:10

Goranboyda “qızıl əməliyyatı”nın şok təfərrüatı və yaxud nazirliyin birbaşa müdaxiləsi ilə aparılan əməliyyat –Sənəd

goranboy

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin ətrafında "qızıl əməliyyatı” keçirməsi, icra hakimiyyətinin bir neçə vəzifəli şəxsinin həbs olunması barədə xəbər cəmiyyətdə böyük rezonansa səbəb olub.

Xatırladaq ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə icra başçısı Nizaməddin Quliyev gizli qazıntı işləri apartdıraraq, həmin ərazidən qızıl çıxartdırmaqla məşğul olub.

Strateq.az xəbər verir ki, "Gununsesi.info" DTX-nin "qızıl əməliyyatı” ilə bağlı sensasion faktlar əldə edib. 

Araşdırmalarımız zamanı bəlli olub ki, Nizaməddin Quliyevin qazıntı apartdırdığı ərazi Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin qeydiyyatında olan "Osmantəpə kurqanı” adlanır. Son aprel döyüşlərindən sonra neytral zonada qalan bu ərazi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. 

DTX-nin əməliyyatından təxminən 1 ay əvvəl isə icra başçısı Nizaməddin Quliyevin həmin ərazidə qızıl axtarışına çıxdığı bildirilir. Əraziyə texnikanın cəlb olunmasından xəbər tutan Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Nizaməddin Quliyevə rəsmi məktub yazaraq, qazıntının dayandırılmasını tələb edib. (Həmin məktubun surətini aşağıda təqdim edirik-red.) 

Zakir Sultanov öz məktubunda "Osmantəpə kurqanı”na Nazirlər Kabinetinin arxieoloji abidə statusu verildiyi və oradakı qazıntının dərhal dayandırılmasını tələb edib. Amma Nizaməddin Quliyev bu tələbi qulaqardına vurub və qazıntı işləri davam etdirilib. 

Lakin Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin DTX rəhbərliyinə müraciətindən sonra əməliyyat hazırlanıb və keçirilib. İcra başçısının yaxın ətrafında daxil olan bir neçə vəzifəli şəxs həbs edilib…