XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 07:40

İşsizlərin diqqətinə: Nazirlik yeni iş yerləri təklif edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyul ayında respublikamızın 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da isə Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Yarmarkaların keçirilmə tarixi dəyişdirildiyi halda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif olunacaq. Tədbirlər zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim ediləcək, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin 11 rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda 766 nəfərə boş iş yerlərinə göndəriş verilib, 36 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.