XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 12:12

Tərtərdə aşkarlanan atcəmdəkləri zərərsizləşdirildi

Tərtər rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, iyulun 4-də Tərtər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Tərtər rayonunun Hüləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda keçirdiyi reyd zamanı çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəkləri aşkar edilmişdi.

Tərtər Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər. Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz və at ətinə məxsus olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq iyulun 9-da həmin at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Tərtər rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Dövlət Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.