XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

27 Fevral 2015 - 20:45

UEFA: 1/8 finalın rəqibləri – “Beşiktaş”ın rəqibi də bilindi
Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib.
Ukrayna və Rusiya arasında vəziyyət nəzərə alındığından, bu ölkələrin klublarının qarşılaşması mümkün olmayıb. Bu mərhələdə qonşu Türkiyənin yeganə təmsilçisi “Beşiktaş” da mübarizə aparacaq. Adlı-sanlı “Liverpul”u mübarizədən kənarlaşdıran “ağ-qaralar”ın növbəti rəqibi Belçika təmsilçisi “Brügge”di. İstanbullular ilk oyunu səfərdə keçirəcək.
Püşk 1/8 finalda iki İspaniya klubu – “Vilyarreal” və “Sevilya”nı üz-üzə qoyub. Bundan başqa, İtaliya dueli də yaşanacaq: “Fiorentina” “Roma” ilə qarşılaşacaq. ümumiyyətlə, bu mərhələdə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunub. 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.
1/8 final
“Everton” (İngiltərə) – “Dinamo” (K, Ukrayna)
“Dnepr” (Ukrayna) – “Ayaks” (Hollandiya)
“Zenit” (Rusiya) – “Torino” (İtaliya)
“Volfsburq” (Almaniya) – “İnter” (İtaliya)
“Vilyarreal” (İspaniya) – “Sevilya” (İspaniya)
“Napoli” (İtaliya) – “Dinamo” (M, Rusiya)
“Brügge” (Belçika) – “Beşiktaş” (Türkiyə)
“Fiorentina” (İtaliya) – “Roma” (İtaliya)

Apasport.az