XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2016 - 11:00

Bakıda beynəlxalq bitkiçilik, landşaft və şəhərsalmasərgisi keçiriləcək

Dekabrın 15-dən 17-dək EIANEXPO marketinq agentliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində beynəlxalq bitkiçilik, landşaft və şəhərsalma sərgisi – AFU EXPO 2016 keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgidə bu sahələrin inkişafına xidmət edən avadanlıqların, sistemlərin və müxtəlif xidmətlərin, dekor materiallarının, müxtəlif bitkilərin, gübrələrin nümayiş olunması nəzərdə tutulub.

Qeyd edək ki, ən önəmli ticarət sərgiləri təşkilatçılarından olan EIANEXPO Azərbaycanla yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil edib, hər il baş tutan sərgilərdə bu günədək yüzlərlə şirkət təmsil olunub.