XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 11:58

Belçikada meriya kabab manqalına vergi qoydu:Vergini ver, kababı ye!

manqal

Belçikanın 3,5 milyon sakini olan Valloniya şəhərinin merliyi qlobal istiləşməyə qarşı mübarizə aparmaq məqsədilə bir neçə ildir ki, manqalda hazırlanan yeməklər üçün vergi tətbiq edir.

 “Vergiler.az” saytı xəbər verir ki, şəhər merliyinin qənaətinə görə, manqalda yemək hazırlanarkən atmosferə 50-100 qram istixana qazı atılır. Ona görə də Belçikanın bu regionunun hər bir sakini öz həyətində manqal qalamazdan əvvəl 20 avro ödəniş etməlidir.

Valloniya merliyi tərəfindən bu qanuna riayət olunması üçün ciddi yoxlamalar aparılır. Yoxlamalar zamanı hətta xüsusi kameralarla təchiz edilmiş vertolyotlardan da istifadə olunur.