XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 12:29

Azərbaycanda 60 yaşdan yuxarı olan vətəndaşlarınsayı artır – Statistika Komitəsi

ahil

“Dünyadakı gedən demoqrafik proseslərdəki dəyişikliklər Azərbaycandan da yan keçməyib”.

 Bunu "Sağlamlıq zonası" sağalma və reabilitasiya poliklinikasının baş həkimi Məsməxanım Məcidova ahıl insanlara göstərilən səhiyyə xidmətinin təşkili mövzusuna dair dəyirmi masada deyib. O bildirib ki, əhalinin qocalma problemi dünyada inkişaf etmiş ölkələrin müzakirə obyektinə çevrilib: “Sivilizasiya artdıqca əhalinin qocalma prosesi də sürətlənir”. (APA)

 Bunun bir çox səbəbinin olduğunu deyən  M.Məcidova qeyd edib ki, sivil ölkələrdə doğum səviyyəsi aşağı düşüb, ahılların nisbi payı artıb: "Digər tərəfdən tibdə əldə olunan nailiyyətlər – uşaq ölümünün azalması, ölümə səbəb olan bir çox infeksiyanın aradan qaldırılması, xəstəliklərin profilaktikası orta ömür həddinin yüksəlişinə səbəb olub. Ahılların yaşının artması prosesi Azərbaycanda da müşahidə olunmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatlarında 2013-2015-ci illərdə respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artması müşahidə olunur. Bu, xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir. 2013-cü ildə orta ömür həddi 74.2 olmuşdusa, 2015-ci ildə bu göstərici 75.2 olub. Bu baxımdan əhalinin qocalma problemlərinin öyrənilməsi və ahıl insanlara tibbi sanitar yardımın göstərilməsi aktuallaşıb".

 Baş həkim ahıl insanlar arasında ən çox rast gəlinən xəstəlikləri də açıqlayıb. O bildirib ki, ahıllarda ən çox xroniki xəstəliklərə rast gəlinir.