XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 07:53

Prezident Adminstrasiyasından turizm obyektlərinə irad: “Kadrlar bizi qane etmir”

“Bizim regionlarda müasir standartlara cavab verən infrastrukturlarımız, turizm obyektlərimiz var. Bu obyeltlər hər şeylə təmin olunub. Amma bəzən orada çalışan kadrların müəyyən davranışları bizi qane etmir”.

Bunu bu gün Prezident Adminstrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüsal Quliyev Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəzdində fəaliyyət göstərən “Etika Akademiyası” fərdi inkişaf mərkəzinin təşkil etdiyi “Etika Forumu – 2015” tədbirində deyib.

PA-nın sektor müdirinin fikrincə, bu mələsənin həllində dövlət və kommersiya qurumları sıx əməkdaşlıq etməlidir: “Arzu edərdik ki, onların davranışları maksimum dərəcədə yüksək səviyyədə, həmişə görmək istədiyimiz formada olsun. Bu təkcə “Etika Akdemiyası”nın işi deyil. Burada dövlət qurumları, müxtəlif kommersiya təşkilatları gənclərə dəstək olmalı və birgə əməkdaşlıq etməlidirlər”.

V.Quliyev qeyd edib ki, bu baxımdan keçirilən Forumun ciddi əhəmiyyəti var: “Bu Forumun ciddi nəticələrini həm turizm obyektlərində, həm də QHT-lərdə və KİV-lərdə kadrların etik davranış kodeksinin mənimsənilməsində və gələcəkdə bu sahədə daha təkmilləşdirilmiş davranış qaydalarının istifadə edilməsində, müzakirələrin aparılmasında görə biləcəyik”.

Qeyd edək ki, Forumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı, etik prinsiplərin hər sahədə yüksək səviyyədə təbliğinə diqqət yönəltmək və Milli Etiket Ansiklopediyası kitabının ərsəyə gəlməsinə dövlət qurumları, kommersiya və ictimai qurumların dəstəyini verməsidir.

Tədbirdə PA, Milli Məclis, dövlət qurumları, diplomatik korpus, QHT nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, kommersiya təşkilatlarının təmsilçiləri iştirak edib(Trend).