XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 14:05

Məzunları ən çox 2 almış rayonların adları –SİYAHI

TQDK

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən 36 min şagird Ana dilindən, 42 mindən çox şagird Riyaziyyatdan “2” qiyməti alıb. 

IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2” qiyməti alıb. 

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məzunları Ana dili və Riyaziyyatdan ən çox “2” alan 5 şəhər və rayonların adları müəyyən edilib.

Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, Riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları “2” qiyməti alıb.

11-ci siniflər üzrə Ana dilindən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, Riyaziyyatdan isə Sabirabad, Ağcəbədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları “2” qiyməti alıb.