XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyul 2016 - 14:08

Britaniya ekspertləri:"Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir"

britanya

Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir.

"APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri ekspertlərə istinadən yazır.

Bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri ekspertlərə istinadən yazır. 

Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.

Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı "üçüncü ölkələr" sırasına aid edib. "Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik", – deyə ekspertlər qeyd edib.

Məsələn, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən "Hepatit A"-ya yola aça bilər.

Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir.