XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

13 İyul 2016 - 15:11

“Azərbaycan əhalisinə verilən su ilə diş də yumaq olmaz” –"The Daily Mail" nəşri ekspertlərindən sensasion ittiham

Azersu

"Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir".

Bu barədə Böyük Britaniyanın nüfuzlu "The Daily Mail" nəşri ekspertlərə istinadən yazır.

Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.

Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı, Azərbaycan da "üçüncü ölkələr" sırasına daxil olunub: "Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik".

Məsələn, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən "Hepatit A"-ya yola aça bilər.

Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir.

APA.az