XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 15:49

Bu il ölkədə 4362 müəssisə vətəşkilat yaradılıb

Bu ilin yanvar-iyun aylarında ölkədə 4 min 362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb. Onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11,0 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçiblər.

Həmin dövrdə fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48 min 911 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb(azərtac).