XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 12:34

Bakıda müəllimə ilə şagirdin gizli videosu – Rəsmi araşdırma başlandı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 45 saylı məktəbinin ingilis dili müəlliməsi, 50 yaşlı Ziyafət Nəbiyeva və 11-ci sinif şagirdi ilə bağlı sosial şəbəkələrdə yayımlanan qalmaqallı videogörüntüyə qiymət verəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda məsələ ilə bağlı ilkin araşdırmalar aparılır(Trend).
Xatırladaq ki, həmin görüntüdə şagird müəlliməyə arxadan yaxınlaşaraq onu üzündən öpüb. İyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova həmin videogörüntünü əsas gətirərək Z.Nəbiyevanın işdən azad edilməsi üçün ərizə yazmasını istəyib. Direktor həmin müəlliməyə köçürmə yolu ilə başqa məktəbə getməsini təklif edib.
Z.Nəbiyeva videonun qışda çəkildiyini bildirərək, səslənən ittihamları qəbul etməyib.