XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2015 - 06:03

Alimlər: Smartfonlar insanları axmaqlaşdırır

Smartfon həvəskarında idraki vərdiş və qabiliyyətlər 3-5% azalır

Картинки по запросу smartfon

Belçika alimləri sübut ediblər ki, smartfonlar məntiqi çalışmaların həllində insanları axmaqlaşdırır.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Ontariodakı Vaterloo universitetinin alimləri araşdırmaa apararaq 660 nəfərə anket doldurmağı təklif ediblər. Anketə idraki vərdiş və qabiliyyətlərə, həmçinin müxtəlif mobil qurğulara münasibətə dair suallar olub.

Alimlər aşkarlayıblar ki, smartfonlardan tez-tez istifadə edən insanlarda idraki vərdiş və qabiliyyətlər 3-5% azalır.

Smartfonlardan az-az istifadə edən insanlarda isə yaddaş və məntiqi düşüncə yaxşı inkişaf edir. Hansı ki smartfon həvəskarları bəzi hallarda İnternet vasitəsilə informasiyanı tez tapa bilirlər.

Alimlər qeyd edirlər ki, texnologiya həvəskarları şəbəkədə bildikləri, lakin yada salmaq istəmədikləri informasiyanı daha çox axtarırlar.