XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 11:20

Universitetdə 3 fakültə ləğv edildi –Elmu Şura qərar verdi

iqtisad-uni

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni meqa fakültə yaradılıb.

Universitetdən Strateq.az-a verilən məlumata görə, bununla bağlı qərar Elmi Şurada qəbul edilib.

Qərara əsasən, İnformatika və idarəetmə, Biznes inzibatçılığı və Kommersiya fakültələri ləğv edilərək, onların bazasında Biznes və menecment fakültəsi yaradılıb:

"Eyni profilli 3 fakültə, bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək. Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib".

Qeyd edək ki, bundan öncə UNEC-də Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi, İqtisadiyyat və sənaye və Beynəlxalq İqtisadi Münasibətlər fakültələri birləşdirilərək, İqtisadiyyat fakültəsi yaradılıb.