XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2015 - 10:19

Azərbaycanlı milyonçu ABŞ və Rusiyanın eks-səfirlərini işdən çıxardı

sefirler az qranata.jpg

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza və onun rusiyaslı həmkarı Vasili İstratov “Teymur Əhmədov adına AzNar” QSC-nin Direktorlar Şurasının üzvü vəzifəsindən azad edilib.

Bu barədə qərar ümumi yığıncaqda qəbul edilib. Şirkətin səhmlərinin 99,94%-i RF-də yaşayan milyarder Fərhad Əhmədova məxsusdur. (Turan)

ümumi yığıncaqda “Teymur Əhmədov adına AzNar” QSC-nin Direktorlar Şurasının ləğvi barədə qərar qəbul edilib. Qanunvericiliyə əsasən, təsisçi sayı 50-dən az olan şirkətlərdə Direktorlar Şurası olmaya bilər. Direktorlar Şurasına sabiq səfirlərdən başqa Fərhad Əhmədov və Kristos Arvanitakis də daxil idi.

Mətbuatda açıqlanan 2014-cü il üçün hesabatda bildirilir ki, ötən il nar və meyvə şirkəsi istehsal edən şirkətin 32,4 min manat mənfəəti olub. Mənfəət vergisi ödəniləndən sonra qalan 23,3 min manat dividendlərə yönəldilib.

ötən il SC özünün 1511 ədəd səhminin 1-i 25 manata alıb. ümumi yığıncaqda həmçinin qərara alınıb ki, bu səhmlər satılsın.

Dövriyyədə “Teymur Əhmədov adına AzNar” QSC-nin nominal qiyməti 30 mln manat olan 15 mln səhmi var. Bu QSC “AzNar” QSC-də 1614787 ədəd (99,52%) səhm sahibidir.