XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2015 - 08:18

Ölkədə avtomobil sahiblərinin 45%-i icbari sığortadan yayınır

Ölkədə avtomobil sahiblərinin 45%-i icbari sığortadan yayınır

Azərbaycan bazarının cəmi 55%-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əhatə olunub.

“APA-Economics” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev Bakıda keçirilən VI Azərbaycan Sığorta Forumunda çıxışı zamanı deyib.
Bununla yanaşı, E. Quliyev deyib ki, bu növ sığorta ilə əhatə olunan avtomobillərin sayının artmasını gözləyir.
“Azərbaycanda icbari sığortadan yararlanmayan sürücülərə qarşı tətbiq olunan cərimənin məbləği 10 manatdan 50 manata qaldırıldı. Bunu səbəbdən müsbət nəticəsi əldə etdik. Amma cərimə o qədər də yüksək deyil. Məsələn, Fransada cərimənin məbləği 3750 avro, qonşu Qazaxıstanda 200 dollardır. Gördüyünüz kimi, bizdə cərimənin məbləği o qədər də yüksək deyil”, – deyə İSB rəhbəri qeyd edib
E. Quliyev əlavə edib ki, bu növ sığortaya sahib olmayan avtonəqliyyat vasitəsi sahiblərinin xəbərdarlıq prinsipi də qaneedici səviyyədə deyil.