XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 09:04

“Akkord”da yenidən bölünmə: Yeni tikinti şirkəti yaradılıb

akkord.jpg

“Akkord” Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-də 2014-cü ildən start götürən ayrı-ayrı şirkətlərə bölünmə prosesi davam edir. Bu dəfə körpülərin və tunellərin inşası üzrə Departament müstəqil şirkətə çevrilib.

Vergilər Nazirliyinin məlumatına görə, “Körpü Tunel Tikinti” MMC dövlət qeydiyyatından keçib. Körpülərin və tunellərin inşası üzrə Departamentin keçmiş direktoru Aslan İsmayılov yeni şirkətə direktor təyin edilib. “Körpü Tunel Tikinti” MMC-nin nizamnamə kapitalı 10,6 mln. manat həcmində dəyərləndirilib. Korporasiyanın özünün səhmdar kapitalı 74,1 mln. manat təşkil edir. (Turan)

“Akkord” korporasiyasına Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən onlarla şirkət daxildir. Korporasiyaya “VIP Estate” MMC vasitəsilə Kamil Əşrəfov nəzarət edir