XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 13:52

“Hədəf”in məzunu olan 2 qardaş ən yüksək balları topladılar –Biri 700, biri 685 bal

hedef-700

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

İmtahanda ölkə üzrə 6 nəfər təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək, maksimum nəticə göstərib.

Strateq.az xəbər verir ki, I ixtisas qrupu üzrə 700 bal toplayan 3 abituriyentdən biri Xırdalan şəhər 5 saylı orta məktəbin və Hədəf Kurslarının builki məzunu Rəvan Nəzərəliyev olub.

Qeyd edək ki, R.Nəzərəliyev bir il müddətində Hədəf Kurslarının Xırdalan filialında təhsil alıb və aylıq sınaq imtahanlarında həmişə yüksək nəticə göstərib.

Kursun mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, 700 bal toplayan abituriyentin qardaşı Nəzərəliyev Nurlan da Hədəf Kurslarının builki məzunudur və qəbul imtahanında 685 bal toplayıb.

Hər il olduğu kimi, bu il də tədris ilinin açılışında Hədəf Kursları Prezident təqaüdünü qazanmış bütün məzunlarını xüsusi hədiyyələrlə mükafatlandıracaq. Rəvan Nəzərəliyevə 700 bal topladığı üçün pul mükafatı da veriləcək.

hedef-200

Bu gün qəbul imtahanında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri ilə Hədəf Kurslarında görüş də keçirilib. Tədbirdə Rəvan Nəzərəliyev təəssüratlarını paylaşıb:

“Qəbul imtahanında ilk başdan hamı kimi, mən də həyəcanlı idim, lakin suallarla tanış olandan sonra bu həyəcandan əsər-əlamət qalmadı. Məncə, suallar çox asan idi. Hədəf Kurslarında sınaqlarda, adətən, 580-650 bal toplayırdım. İmtahan testlərinin cavablarını əla yazdığımı bilirdim. Amma etiraf edim ki, 700 bal mənim üçün, həqiqətən, gözlənilməz oldu. Ailəm xəbəri eşidəndə çox sevindi. İndi evimizdə bayram ab-havası var. Fürsətdən istifadə edib, orta məktəb müəllimlərimə və ən yüksək nəticəni göstərməyimdə mənə, eləcə də bütün abituriyentlərinə sözün əsl mənasında qollarını geniş açan, hər bir tələbəsi üçün məsuliyyət duyan Hədəf Kurslarının müəllim heyətinə sonsuz minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, imtahanı uğurla vermiş bütün məzunları təbrik edir, II və III qrupa sənəd vermiş abituriyentlərə uğurlar arzu edirəm.”