XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2016 - 20:50

Məcburi köçkünlər təhsil xərclərindən azad olundu –Sərəncam

tehsil-nazirliyi

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam da imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821) aşağıdakı dəyişikliklər edilir:

1. Adında “müəssisələrində” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində” sözləri əlavə edilsin.

2. 1-ci hissədə “səviyyələrinə” sözündən sonra “və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə” sözləri əlavə edilsin.