XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 İyul 2015 - 13:14

İmişlidə aksiya: sakinlər mal-qaranı örüşə yox, bələdiyyənin qabağına ötürdü

İyulun 4-də səhər saatlarında İmişlinin Aranlı kəndində sakinlər etiraz olaraq mal-qarasını örüşə yox, bələdiyyə idarəsinin qarşısına sürüb. Onların etirazına səbəb əhalinin ümumi istifadəsində olan örüş sahəsinin satılmasıdır.

Sakinlər “Azadlıq” radiosuna deyiblər ki, illərdir kəndin mal-qarası bu örüşlərdə otarılır.

“örüş yerlərinin əldən çıxması kənd camaatının dolanışıq yeri olan mal-qarasını itirməyə gətirib çıxaracaq” – aksiya iştirakçılaır deyib.

Kəndə polis və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib.

Rayon rəhbərlyinin və yerli bələdiyyənin etiraz aksiyasında qaldırılan tələbə hansı reaksiyanı verdiyi hələ bəlli deyil.