XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2016 - 17:12

Bu il bölgələrdə 4 körpü tikilib,4-ü bərpa edilib

Cari ilin 6 ayı ərazində ümumi istifadədə olan avtomobil yollarında 4 yeni avtomobil körpüsü tikilib, 4-ü isə bərpa edilib.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib. Yardımlı rayonu ərazisində Separadi-Teşkan avtomobil yolunun 3-cü kilometrində – Viləş çayı üzərində, Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci kilometrində – Lənkəran çayı üzərində, Astara rayonunda Siyakü–Şəmətük avtomobil yolunun 7-ci kilometrində – Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində – Veravul çayı üzərində olan körpülərin və Gəndob-Xaçmaz-Yalama Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrində – Qudyalçay üzərində yerləşən körpüdə barraj divarının tikintisi işləri aparılaraq başa çatdırılıb.

Bundan başqa, Daşkəsən rayonunda yağan aramsız yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrində yerləşən metal körpü və Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 33-cü kilometrində – Toğana çayı üzərində yerləşən körpü bərpa olunub, Gəncə şəhərində Zazalı-İmamzadə kompleksinə gedən avtomobil yolunda, dəmir yolu xətti üzərində yol ötürücüsünün yenidən qurulması isə başa çatdırılıb.

Həmçinin Bərdə rayonunda Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən, Tərtərçay üzərində yerləşən və uzun illər qəzalı vəziyyətdə olan dəmir konstruksiyalı 35 metr uzunluğunda avtomobil körpüsü də bərpa olunaraq bu il martın 15-də vətəndaşların istifadəsinə verilib.