XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2016 - 17:46

Nazirlik hərəkətə keçdi:xidmət sektoru təkmilləşdirilir

mehmanxana-1

Son dövrlər respublikamızın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaradılmış və turizm iqtisadiyyatımızın prioritet sahələrindən birinə çevirmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin turizm siyasətinin əsas istiqamətlərdən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsidir.

Bununla əlaqədar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində 2004-cü ildən başlayaraq respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün təlim-tədris kursları təşkil olunur.

Nazirlikdən bildirilib ki, təlim kursları əsasən 4 istiqamət üzrə “Mehmanxana idarəçiliyi”, “Qeyd-qəbul”, “Xadiməçilik” və “Masa xidməti” sahələrini əhatə edir. Bu kursları müvəffəqiyyətlə bitirmiş mehmanxana sənayesi nümayəndələrinə sonda müvafiq sertifikatlar təqdim edilir. Bu günə kimi 2067 nəfər bu sertifikatlara layiq görülüb.

Təlim kurslarının turizm sahəsində xidmət səviyyəsinin inkişafına göstərdiyi müsbət təsirini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələcəkdə bu işlərin davam etdirilməsi nəzərdə tutulub.