XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2015 - 08:11

Hava limanına gedən yoldakı 4 piyada keçidi sökülür – AÇIQLAMA

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından metronun “Koroğlu” stansiyası istiqamətində 7 yerüstü piyada keçidinin 4-də söküntü işləri aparılır. Modern.az saytı söküntünün səbəbi ilə maraqlanıb.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, söküntü işləri Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər olan hissəsində aparılır:

“Ərazidə 4 yerüstü piyada keçidinin köhnə üzlükləri sökülür. Həmin piyada keçidlərinin üzərinə yeni üzlüklər vurulacaq. Təmir işləri Sabunçu dairəsi, Əmircan və Ramana qəsəbəsinin arası, Ramana qəsəbəsinin sonu və Yeni Suraxanı dairəsi ərazisində yerləşən piyada keçidlərində aparılır. Bu işlər Nəqliyyat Nazirliyinin “Azəryolservis”ASC-ti tərəfindən Bakı şəhərində bəzi prospekt və küçələrdə aparılan təmir-tikinti və abadlıq quruculuq işləri çərçivəsində həyata keçirilir”.