XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 13:41

Təhsil Nazirliyinin 12 saylı mərkəz rəhbərliyinə ağır ittihamlar –Mühasibdən şikayət

tehsil-nazirliyi

Sabirabad rayonu, Cavad kənd sakini, 12 saylı Regional Ərazi Maliyyə Hesablama Mərkəzinin mühasibi Qurban Sarıyev Strateq.az-a məktub ünvanlayıb.

46 yaşlı şikayətçi məktubunda ölkə rəhbərliyinə üz tutaraq, yazır ki, o, 1991 – ci ildən Sabirabad rayon Təhsil Şöbəsində kiçik mühasib vəzifəsində işləyir:

"Ailəliyəm, üç övladım var. Ailədə tək işləyən mənəm.

Yazıb Sizə məlum edirəm ki, bu ilin yanvar ayında Sabiabad rayon Təhsil Şöbəsinin nəzdində 12 saylı Regional Ərazi Maliyyə Hesablama Mərkəzi yaradılıb. Həmin Mərkəzə 65 yaşlı, texnikum təhsilli, 4-5 il bundən əvvəl Rusiyanın hansısa ali məktəbindən diplom almış Elxan Əsədov direktor təyin edilib. O, fəaliyyətə başladığı dövrdən həmin İdarənin aparıcı məsləhətçiləri Qasım Məmmədov və Nüsrət Abuşovla əlbir olaraq, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının təhsil işçilərinə  qarşı yolverilməz təhqir və təzyiqlər göstərməyə başlayıb. Təsəvvür edin ki, hansısa səbəbə görə işçi bir gün işə gəlmirsə, onun bir aylıq əmək haqqını saxlayırlar".

Əmək fəaliyyətinə başladığı vaxtdan Yeni Azərbaycan Partiyasının üzvü olduğunu da xatırladan şikayətçi deyir ki, E.Əsədov Regional Mərkəzə rəhbər təyin olunduqdan sonra özünə mərkəz daxilində "xüsusi komanda" yaradıb:

"Özü və həmin komanda tərəfindən artıq üç aydır mənə böyük təzyiqlər olunur. Mənə sərbəst işləməyə imkan vermirlər. Bu yaxın günlərdə E.Əsədov "Sənin kimi işçilərlə işləmək istəmirəm", – deyib, məni ərizəm olmadan işdən getməyə məcbur etdi. Mən, idarədən getdikdən sonra o, iştirakım olmadan mənə aid olan bütün sənədləri, kompüter dəstini və otağın açarını da götürüb. O sənədlərin taleyi bu günə qədər mənə məlum deyil. Sənədlərin başqa formaya salınaraq, mənə yeni böhtanlar atılmasına da heç bir şübhəm yoxdur. Bütün bunların səbəbi isə yüz minlərlə manat həcmində büdcə pullarının naməlum şəraitdə yoxa çıxmasının detallarını dəqiq bilməyimdir…".

Daha sonra mühasib Qurban Sarıyev Elxan Əsədov və onun yaxın çevrəsinə daxil olan şəxslərə, həmçinin, mərkəzin tender olmadan məktəblərə payladığı ləvazimatların şişirdilmiş qiymətlərlə alınması və sair kimi faktları açaraq, ciddi ittihamlar səsləndirib.

Bu və ya digər ittihamlara qarşı tərəfdən münasibət öyrənə bilmədiyimizdən hələlik toxunmadıq.

Elxan Əsədovun mövqeyini də dinləməyə hazırıq.