XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 09:48

Səlim Müslümov söz verdi: məmur müdaxiləsinə son qoyulacaq – (Fotolar)

Mobil telefonlardan ünvanlı sosial yardımla bağlı müraciət etmək mümkün olacaq.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabadda sakinlərlə görüşündə deyib.

Nazir bildirib ki, yeni yaradılmış işçi qrup tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində təşkili istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, prezidentin “ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 23 fevral, 2015-ci il tarixli, 477 nömrəli fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər planı hazırlanıb.

Vətəndaşlar kompüter, mobil telefon və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edə biləcəklər. Müraciətlərə baxılması və yardımların təyinatının avtomatlaşdırılması üçün beş aya texniki infrastruktur hazırlanacaq.

Nəticədə ünvanlı yardım təyinatında məmur müdaxiləsi aradan qaldırılacaq.