AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva vəfat edib.
Bu barədə Trend-ə Dilçilik İnstitutunun mətbuat xidmətindən məlumat verilib. İnstitutdan bildirilib ki, M.Mirzəliyeva 67 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
O, 2014-2015-ci illərdə Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışıb. M.Mirzəliyeva 1985-1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçısı seçilib.