XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 14:45

Azərbaycanda uşaq həkimlərininsayı açıqlanıb

Azərbaycanda hazırda uşaq həkimlərinin sayı 3 min 882 nəfərdir. Eyni zamanda, 18 yaşadək uşaqların hər 10 min nəfərinə 15 həkim xidmət göstərir.

Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib.

Statistik rəqəmlər ölkəmizdə pediatr-həkimlərin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, uşaq həkimlərinin sayı 1996-cı ildə 4 min 268 nəfər, 2006-cı ildə 4 min 323 nəfər, 2011-ci ildə 4 min 73 nəfər, 2015-ci ildə isə 4 min 29 nəfər olub. Bununla yanaşı, xəstəxanalarda uşaqlar üçün nəzərdə tutulan çarpayıların sayında da azalma qeydə alınıb. Xəstəxanalarda çarpayıların sayı 12 min 666-dan (1996-cı ildə) 6 min 53-ə (2016-cı ilin əvvəlinə) düşüb.

Rəsmi nəşrdə o da bildirilir ki, xəstəxanalarda çarpayıların və pediatrların sayının azalması ölkəmizdə həyata keçirilən səhiyyə islahatları ilə əlaqədardır.