XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2016 - 11:21

TQDK-da Apellyasiya Komissiyası yaradıldı –Səbəb

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. 

Strateq.az Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasına 25 iyul 2016-cı il tarixində saat 10‑dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.