XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 17:11

Bakıdan Batumiyə avtobus reysi açıldı:Qiymət 35 manat

avtovaqzal

İyulun 25-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1-ci, 3-cü və 5-ci günləri olmaqla Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.

Bu barədə AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib. O bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-dadır. Gediş biletinin qiyməti 35 manat təşkil edir.

Ş.Mehmanqızı qeyd edib ki, bu reys üzrə 5 yaşına qədər uşaqlar üçün bilet pulsuz, 5-10 yaş arası uşaqlar üçün 50 faiz endirimlədir. 10 yaşdan yuxarı uşaqlar üçün isə bilet tam qiymətədir. Bu bütün beynəlxalq reyslər üçün keçərlidir.