XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

08 İyul 2015 - 07:27

Azərbaycanda 180 nəfərə yaxın Milli Qəhrəman və ya ailə üzvlərinə prezident təqaüdü ödənilir

İyulun 1-nə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) tərəfindən 177 nəfər Azərbaycanın Milli Qəhrəmanı və ya onların ailə üzvləri Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin edilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Milli Qəhrəmanlarımızdan 16 nəfərinin şəxsən özünə, digərlərinin isə həlak olduqları üçün ailə üzvlərinə prezident təqaüdü ödənilir.

ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən şəxslərə və onların ailə üzvlərinə Azərbaycan prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanına əsasən, həmin ilin avqustun 1-dən prezident təqaüdünün təyin olunmasına başlanılıb.

Dövlət başçısının 28 avqust 2013-cü il tarixli fərmanı ilə Milli Qəhrəmanların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən prezident təqaüdünün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7% artırılaraq 1000 manat müəyyən edilib.