XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 13:17

“Expressbank” ASC-nin səhmdarlarının tərkibində –Dəyişiklik

bank-66

"Expressbank" ASC-nin səhmdarlarının tərkibində dəyişiklik olub. 

Hazırda "Expressbank"ın səhmləri iki hüquqi və iki fiziki şəxsə məxsusdur. Halbuki, indiyə qədər Bankın səhmləri 4 hüquqi şəxs ("Ador" MMC – 42%, "AZENCO Group" – 40%, "EnerqoServis" MMC – 17,69%, "Avtonəqliyyatservis" MMC – 0,31%) arasında bölüşdürülmüşdü.

Bank "Kommersiya sirri" haqqında qanunun 4.1.2-ci maddəsini (təsisçilər (səhmdarlar) və onların payları haqqında məlumatların kommersiya sirri təşkil etməsi) əsas gətirərək səhmdarlarının adlarını açıqlamayıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 122 443 550 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 328,9 manat olan 372 282 səhm əsasında formalaşıb. 

Report.az